27 C
Bakı
10 Avqust 2025 04:24
Siyasət

Bayramov və Lavrov bunu müzakirə edəcək – Rusiya XİN

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və rusiyalı həmkarı Sergey Lavrov arasındakı görüşdə müzakirə olunacaq mövzular açıqlanıb.

Tacxeber.com xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, görüşdə ikitərəfli əməkdaşlığın vəziyyəti və perspektivlərinin müzakirəsi, o cümlədən regional və beynəlxalq gündəliyin ən aktual aspektləri, həmçinin Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması məsələləri üzrə fikir mübadiləsinin aparılması planlaşdırılır.

XİN qeyd edib ki, Azərbaycan Rusiyanın Cənubi Qafqazda və Xəzər regionunda mühüm tərəfdaşı və müttəfiqidir:

“Ölkələrimiz arasında münasibətlər dostluq və mehriban qonşuluq ənənələri ruhunda yüksələn xətlə inkişaf edir. Gündəlik birgə iş bərabərlik, qarşılıqlı hörmət və bir-birinin maraqlarının nəzərə alınması prinsipləri əsasında qurulur”.

Tacxeber.com

Oxşar xəbərlər

Vardanyan planının İFLASI – Ermənilərin Qarabağdan köçü başlayır

admin

Əgər dediyim marşrut açılmasa… – Prezidentdən mühüm mesaj

redaktor

Ramil Səfərovun ekstradisiyası zamanı gizli sövdələşmə… – Səfir

admin