21 C
Bakı
21 İyun 2025 22:17
Maqazin

Ankarada Türkiyə – Azərbaycan Dostluq Konserti keçirildi – Fotolar

Ankarada Türkiyə - Azərbaycan Dostluq Konserti keçirildi - Fotolar

Türkiyənin paytaxtı Ankarada Türkiyə Prezidenti yanında Kommunikasiya İdarəsi tərəfindən Türkiyənin Mədəniyyət və Turizm Nazirliyinin və Prezident yanında Simfoniya Orkestrinin təşkilati dəstəyi ilə Türkiyə – Azərbaycan dostluq konserti keçirilib.

Tacxeber.comxəbər verir ki, konsertdə Azərbaycanın Türkiyədəki səfirliyinin əməkdaşları, Ankarada yaşayan həmvətənlərimiz və Türkiyədən olan mədəni-ictimai xadimlər iştirak edib.

Konsertdə respublikanın xalq artistləri – Samir Cəfərov, Gülyaz və Gülyanaq Məmmədovalar, Mənsum İbrahimov və “Qarabağ” muğam qrupu sevilən Azərbaycan mahnılarını səsləndirib.

Xalq artisti Mənsum İbrahimovun rəhbərlik etdiyi “Qarabağ” muğam qrupunun ifasında muğam və xalq mahnıları, Gülyaz və Gülyanaq Məmmədovaların “Qız qalası” ansamblının müşayiəti ilə çıxışları, Samir Cəfərovun ifasında Azərbaycan klassik musiqisinin ecazkar nümunələri konsert salonunda coşqu yaradıb.

Sənətçilərimizin səsləndirdiyi “Azərbaycan”, “Xudayar təsnifi”, “Laçın”, birlikdə səsləndirilən “Yaşa Azərbaycan” və digər mahnılar tamaşaçıların alqışları ilə qarşılanıb.

Qeyd edək ki, konsert proqramı Türkiyənin aparıcı mətbuat orqanları tərəfindən də işıqlandırılıb.

Tacxeber.com

Oxşar xəbərlər

Emin xanımı və qızı ilə fotolarını paylaşdı

redaktor

“Qənirə xanım güldü, “Allah nə yazıbsa, o da olacaq” dedi”

redaktor

Nazpəri Dostəliyeva nəvəsi ilə görüşə bilmir

redaktor