23 C
Bakı
24 İyun 2025 10:33
Dünya

Saakaşvili tərəfdarları mitinq keçirir

Müxalif “Vahid Milli Hərəkat” partiyasının nümayəndələri, eləcə də onların tərəfdarları Tbilisidə Gürcüstanın eks-prezidenti Mixail Saakaşvilinin müalicə üçün xaricə göndərilməsi tələbi ilə mitinq keçirirlər. “Ölkə.az” xəbər verir ki, bu barədə Gürcüstan KİV-i məlumat yayıb.

“Bütün dünya, bütün ölkə görməlidir ki, biz  Saakaşvilinin ölümünü qəbul etməyəcəyik. Ölkəmiz prezidentlərin qəbiristanlığı olmamalıdır”, – Gürcüstan parlamentinin Milli Hərəkatdan olan üzvü Levan Xabeişvili deyib.

Yüzlərlə nümayişçi əvvəlcə Tbilisidə Barataşvili körpüsünün yaxınlığında toplaşıb, sonra isə hakim “Gürcü Arzusu Demokratik Gürcüstan” partiyasının ofisinə doğru yürüş edib. Aksiya “Mişa sağ qalmalıdır” adlanır. Hakim partiyanın binası yaxınlığında gücləndirilmiş polis dəstələri növbə çəkir.

Tacxeber.com

Oxşar xəbərlər

Ermənidən etiraf: “Dördüncü əsrdən qaraçı kimi köçürük” – VİDEO

redaktor

Rus sülhməramlı erməniləri niyə hiddətləndirdi?

redaktor

“Şərurlu İsfəndiyar” Göygöldə yeni otel açdı

redaktor