15 C
Bakı
29 Mart 2026 18:14
Dünya

Putinə yaxın rusiyalı milyarder Britaniyada saxlanıldı

Böyük Britaniya Milli Cinayət Agentliyi (NCA) rusiyalı milyarder Mixail Fridmanı çirkli pulların yuyulması ittihamı ilə saxlayıb.

Tacxeber.com xəbər verir ki, bu barədə qurumun rəsmi səhifəsində məlumat yayılıb.

“NCA pulların yuyulmasında, Daxili İşlər Nazirliyini aldatmaqda və yalan ifadə verməkdə şübhəli bilinən rusiyalı iş adamını həbs etmək üçün əməliyyat keçirib”, – deyə xəbərdə bildirilir.

58 yaşlı Fridman dekabrın 1-də Londondakı çoxmilyonluq malikanəsində həbs olunub. Gələn informasiyalara əsasən, onunla birlikdə daha iki nəfər tutulub. Əməliyyat zamanı evdə çalışan 35 yaşlı bir şəxs çirkli pulları qaçırmaqda və NCA əməkdaşına mane olmaqda şübhəli bilinərək yaxınlıqda saxlanılıb. O, içərisində minlərlə funt-sterlinq olan çanta ilə evdən çıxmaq istəyirmiş.

Biznesmenin hazırkı ortağının keçmiş sevgilisi olan 39 yaşlı başqa bir adam Londonun Pimliko şəhərindəki evində həbs edilib. İş adamının Londondakı evində keçirilən əməliyyata 50-dən çox zabit cəlb edilib. Milli Cinayət Agentliyinin müstəntiqləri tərəfindən aparılan geniş axtarışlar nəticəsində çoxlu sayda rəqəmsal qurğular və xeyli miqdarda nağd pul götürülüb.

Hər üç şəxs NCA tərəfindən dindirilib və böyük girov müqabilində zaminə buraxılıb.(musavat.com )

Tacxeber.com

Oxşar xəbərlər

Türkmənistan Prezidentinə məktub göndərmək istəyən türkmənləri İstanbulda DÖYDÜLƏR – FOTO

admin

Danimarkadan Ukrayna üçün 8.5 milyard dollarlıq ” Patriot” sistemləri

admin

CİA əməkdaşları Bakıda UNO görüblər: sənədlərdə yazılıb ki… – FOTO

redaktor