22 C
Bakı
18 Avqust 2026 08:33
Gündəm

Feyziyevdən sonra daha bir oliqarx ifşa edildi – London məhkəməsində iş açıldı

 

Londonda çirkli pulların yuyulması ilə bağlı irimiqyaslı beynəlxalq əməliyyatla əlaqədar

daha bir azərbaycanlı milyonçunun məhkəməsi başlayıb.

Tacxeber Britaniya KİV-ə istinadla xəbər verir ki, məhkəmə istintaqı Böyük Britaniyanın Cinayətkarlıqla mübarizə üzrə Milli Agentliyinin iddiası əsasında başlayıb.

Hələlik azərbaycanlı oliqarxın adı gizli saxlanılır. Lakin Evening Standard və BBC həmin şəxsin kimliyini üzə çıxarmağa çalışır.

Evening Standard qəzeti xəbər verir ki, iş adamı adının gizli saxlanılması üçün Britaniyanın ən məşhur üç hüquqşünasının xidmətindən istifadə edir.

Qeyd edək ki, 2022-ci ilin əvvəlində London məhkəməsi Evening Standard qəzetinin bəyanatı əsasında çirkli pulların yuyulmasında ittiham olunan azərbaycanlı oliqarx, “Avromed” şirkətinin rəhbəri, deputat Cavanşir Feyziyev və onun üç ailə üzvünün adından məxfilik qrifini götürmüşdü. (Bakupost)

Tacxeber.com

Oxşar xəbərlər

Ermənistan və NVİDİA əməkdaşlığı, məğlub ölkənin yeni iqtisadi modeli bizi niyə düşündürməlidir?

redaktor

Ülvi Həsənli həbsxanada tibbi yardımdan məhrum edilib

admin

Yaponiya və Azərbaycanın Rusiya işğalındakı Şimal torpaqları

redaktor