Dünya

SEPAH-ın məxfi sənədi ələ keçirildi: Xameneyi nələri etiraf edib ?

“Black Reward” haker qrupunun Fars xəbər agentliyinə hücumu zamanı İslam İnqilabı Keşikçiləri Korpusuna (SEPAH) məxsus konfidensial sənəd ələ keçirilib.

 Ələ keçən məxfi sənədə görə, İran hökuməti etirazlarla bağlı heç bir plana malik deyil.

“Onların etirazları yatirmaq üçün heç bir planı və məqsədi yoxdur, qərar qəbul edə bilmirlər, çaşqınlıq içindədirlər. Hökumət etirazçılara kömək etmək niyyətindədir, lakin onlar başa düşmürlər”, – deyə xəbərdə bildirilir.

İddialara görə, sənəddə o da qeyd olunur ki, Xameneyi hökumətin fəaliyyət planının olmadığını, onun ləng və qərarsız olduğunu təsdiqləyib. (Bakupost)

Tacxeber.com

Oxşar xəbərlər

Putin bütün strateji planları uğursuz olub – Britaniya kəşfiyyatı

admin

Zelenski ABŞ-da soyuq qarşılanıb – “Time”

redaktor

Türkiyədə şok qərar: Metro bağlandı

redaktor