Dünya

Rusiya aviasiya sənayesinə sarsıdıcı ZƏRBƏ

 

Avropanın təyyarə istehsalçısı “Airbus” şirkəti bir neçə ay ərzində Rusiya titanından imtina etməyə hazırlaşır.

Tacxeber xəbər verir ki, bu barədə “Airbus”ın müdafiə və kosmos bölməsinin rəhbəri Maykl Şolhorn məlumat verib.

“Biz titan məsələsində Rusiya ilə əlaqələri kəsmək prosesindəyik. Bu, illərin deyil, ayların məsələsidir” – deyə o söyləyib.

“Airbus” hazırda ABŞ və Yaponiyadan daha çox titan almağa başlayıb, lakin onların aerokosmik standartlara uyğun sertifikatlaşdırılması üçün illər lazım ola bilər.

Bundan əvvəl ABŞ-ın təyyarə istehsalçısı “Boeing” Rusiyadan titan almaqdan imtina etmişdi. Şirkət bütün dünyada yaradılmış tədarükçülər hovuzu sayəsində kifayət qədər titan ehtiyatına malik olduğunu qeyd edib.

Rusiya dünyada ən böyük titan istehsalçısı sayılır. Titan maddəsi əsasən təyyarə mühərriklərində və böyük təyyarələr üçün eniş mexanizmlərində istifadə olunur. Müharibədən əvvəl Rusiyanın “VSMPO-Avisma” şirkəti “Boeing” üçün bütün titan ehtiyaclarının 35%-ə qədərini, “Airbus Group”un 65%-ni, “Embraer” üçün isə 100%-ni təmin edirdi.

Rusiyanın Ukraynaya müdaxiləsindən sonra ABŞ və Avropa İttifaqı Rusiyaya qarşı 8 sanksiya paketi tətbiq edib. Titan uzun müddət bu sanksiyalardan kənarda tutulub. Hətta bu ilin aprel ayında “Airbus”ın baş direktoru Giyom Fori Qərbi Rusiyadan titan idxalına embarqo qoymamağa çağırıb.  (Musavat.com)

 

Tacxeber.com

Oxşar xəbərlər

Niyə Marsa getmək mümkün deyil? – Alimlər səbəbini açıqladılar

redaktor

Beş nəfərin sonunu gətirən 8 – Azərbaycanda bir ailənin başdaşına eyni tarix yazılıb

redaktor

Azərbaycan millisi Ukraynaya qarşı

admin