8 C
Bakı
09 Fevral 2026 13:07
Gündəm

İranda hicabın məcburi geyinilməsi məsələsinə baxılacaq

İranda hicabın məcburi geyinilməsi məsələsinə baxılacaq

İran parlamenti ictimai mədəniyyət şurası yaradacaq ki, onun səlahiyyətlərinə hicabın məcburi geyinilməsi məsələsinə baxmaq daxildir.

Tacxeber.comxəbər verir ki, bu barədə İran parlamentinin mədəniyyət komitəsinin rəhbəri Qulamrza Montazeri bildirib.

“İran parlamentinin Mədəniyyət komitəsində xüsusi olaraq hicabla bağlı məsələlərlə məşğul olmaq üçün işçi qrup təşkil edilib. Mədəniyyət məsələlərini müzakirə etmək üçün yaradılan İctimai Mədəniyyət Şurası hicab məsələsi ilə bağlı universal sxem hazırlayır. Qanunda aydın olmayan və ya qeyri-konstruktiv məqamlar varsa, biz parlamentdə kömək etməyə hazırıq”, – Montazeri deyib.

Qeyd edək ki, İranda 2 aydan çoxdur ki, molla rejimi əleyhinə mitinqlər keçirilir.

Oxşar xəbərlər

AŞPA məruzəçisi: “Abzas Media işi”ndəki hökmlər Azərbaycanda müstəqil mediaya qarşı davam edən təzyiqin bir hissəsidir”

admin

Bu günə kimi Azərbaycanda dövlət başçısı olmuş şəxslər – Tam siyahı

redaktor

Vüqar Əhmədovun vazkeçilməz 10 manatlıq şirkəti – Bu dəfə 2,3 milyonluq müqavilə bağlayıb

admin