25 C
Bakı
11 Avqust 2025 00:32
Cəmiyyət

Gəncədə tələbələr arasında kütləvi dava – Video+Yenilənib

Gəncədə tələbələr arasında kütləvi dava

Gəncədə tələbələr arasında kütləvi dava olub.

 

“Qafqazinfo” xəbər verir ki, hadisə ilə bağlı görüntülər sosial şəbəkələrdə yayılıb.

Belə ki, Aqrar Universitetinin tələbələri ilə Gəncə Dövlət Universitetinin tələbələri arasında keçirilmiş futzal oyununda yaranan mübahisə davaya çevrilib.

Qeyd edək ki, videonu Azərbaycan Universitetləri səhifəsi yayıb.

DİN-in mətbuat xidmətinin regional qrupundan “Qafqazinfo”ya bildirilib ki, noyabr ayının 18-da Tələbə Həmkarlar Təşkilatının təşkilatçılığı ilə Gəncə şəhər Olimpiya Kompleksində Gəncə Dövlət Universitetinin və Azərbaycan Dövlət Aqrar Universitetinin tələbələri arasında futzal yarışında müşahidə olunan mübahisə ilə bağlı araşdırma başlayıb.

Gəncə şəhər Baş Polis İdarəsində aparılan araşdırmaların nəticəsindən asılı olaraq əmələ hüquqi qiymət veriləcəkdir. (Qafqazinfo)

Tacxeber.com

Oxşar xəbərlər

Ağamirzə: “Ağakərim insanları tanımır” – VİDEO

redaktor

Rusiya donanması Bakını tərk etdi

admin

Azərbaycan xalqının təfəkkür, düşüncə kodları var və cəmiyyət, toplum bu kodlarla idarə olunur.

admin