2 C
Bakı
11 Fevral 2026 01:44
Hadisəİdman

Tanınmış velosipedçi yük maşını ilə toqquşaraq öldü

İtaliyalı velosipedçi Davide Rebellin yük maşını ilə toqquşaraq dünyasını dəyişib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Cyclingnews” xəbər yayıb.

Mənbənin sözlərinə görə, insident Viçenza yaxınlığında məşq zamanı baş verib.

Bildirilib ki, polis araşdırmalara başlayıb və sürücünün şəxsiyyətini müəyyənləşdirməyə çalışır.

Qeyd edək ki, Rebellinin 51 yaşı var idi. Onun karyerası 30 ili əhatə edib. O, öz nəslinin ən güclü klassik velosipedçilərindən biri hesab olunur. 2009-cu ilin aprelində o, dopinqdən istifadə etdiyinə görə iki il müddətinə Pekin Olimpiadasında iştirakdan uzaqlaşdırılıb.

Tacxeber.com

Oxşar xəbərlər

Qurban Qurbanovun oğlu Musa Qurbanlı xokkey oyununda meydana çıxdı – Şəkil

admin

ABŞ-nin İrana zərbələri beynəlxalq sülh və təhlükəsizliyə təhdiddir – Antoniu Quterriş

redaktor

Tanınmış teleaparıcı reanimasiyaya düşdü

redaktor