32 C
Bakı
12 Avqust 2025 17:49
Hadisə

Şuşada SOCAR-ın maşını aşdı – ölən var

Şuşada SOCAR-ın maşını aşdı - ölən var

Şuşada SOCAR-a məxsus yük maşını aşıb, sürücü vəfat edib.

Tacxeber.com xəbər verir ki, hadisə bu gün Daşaltı kəndində baş verib.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən sorğumuza cavab olaraq bildirilib ki, yanacaq daşıyan “Mercedes” markalı yük avtomobili idarəetməni itirərək aşıb. Nəticədə sürücü hadisə yerində dünyasını dəyişib. Yola dağılmış yanacaq polis və FHN əməkdaşları tərəfindən yoldan təmizlənib.

Faktla bağlı araşdırma aparılır.

Oxşar xəbərlər

Nizami rayonunda daha bir özbaşınalıq: piyada səkisi sökülüb – Fotolar

admin

Əri tərəfindən qətlə yetirilən tanınmış cərrahın hadisə yerindən görüntüləri – FOTO

redaktor

Töhmət alan Nağıyev işə getmir: Sürpriz həbslər…

admin