30 C
Bakı
14 Avqust 2025 16:15
Cəmiyyət

AYB sədri Anar Əlisa Nicatdan danışdı

Xalq yazıçısı Anar özü Əlisa Nicata müəyyən maliyyə yardımı edəcək.

Tacxeber.com xəbər verir ki, bunu APA-ya açıqlamasında AYB mətbuat xidmətinin rəhbəri Xəyal Rza deyib.

O, Əlisa Nicatın təqaüd alma məsələsinə də toxunub.

“Bundan əlavə, indiyə kimi Əlisa Nicat AYB-dən Prezident təqaüdü almayıb. Bunun üçün o özü müraciət edə bilərdi, etməyib. Amma indiki halda, maddi vəziyyətini nəzərə alaraq, adı siyahıya salınacaq və gələn il üçün Prezident təqaüdü ala biləcək”, – Xəyal Rza bildirib.

Qeyd edək ki, ötən gün sosial şəbəkədə azərbaycanlı yazıçı, tərcüməçi Əlisa Nicatın sosial durumunun aşağı olması barədə məlumat paylaşılıb.

Tacxeber.com

Oxşar xəbərlər

“Təhlükə yaxındadır, o cür taksi sürücüləri yenə var…” – Siqnal

redaktor

“Milli mənsubiyyəti olmayan yazıçının Xalq yazıçısı olması aşağılayıcıdır”

redaktor

“Qazın pulunu ödəyə bilməyənə işlətmədiyin qaza görə pul ödəməlisən deyəcəyik?”

admin