
NATO-ya üzv olan 30 ölkənin hamısı Ukraynanın hərbi-siyasi bloka qoşulmasının zəruriliyində həmfikirdir.
Tacxeber.com bildirir ki, bu barədə dekabrın 1-i Kiyev Təhlükəsizlik Forumunda çıxışı zamanı Ukraynanın baş nazirinin Avropa və Avro-Atlantik inteqrasiya üzrə müavini Olqa Stefanişina bildirib.
Stefanişinanın sözlərinə görə, NATO-ya üzv olan bütün ölkələr Ukraynaya qapıların açıq olduğunu təsdiqləyib.
“Alyansa üzv olan ölkələrin heç biri Ukraynaya “yox” cavabını verməyib. Əslində, bu gün bütün 30 NATO ölkəsi Ukraynanın müraciətinə rəsmi baxılacağını təsdiqləyib. Buxarest görüşündən sonra artıq bu artıq NATO-nun rəsmi mövqeyidir. (NATO üzv ölkələrin xarici işlər nazirlərinin 30 noyabr Rumıniyanın paytaxtında görüşü)”-deyə Olqa Stefanişina bildirib.