12 C
Bakı
28 Mart 2026 11:07
Cəmiyyət

23 nəfər azərbaycanlı Almaniyadan geri qaytarıldı

23 nəfər azərbaycanlı Almaniyadan geri qaytarıldı

“Azərbaycan Respublikası ilə Avropa İttifaqı arasında icazəsiz yaşayan şəxslərin readmissiyası haqqında” Saziş çərçivəsində 30 noyabr tarixində 23 nəfər Azərbaycan Respublikası vətəndaşı Almaniya Federativ Respublikasından ölkəyə geri qəbul edilib.

Dövlət Miqrasiya Xidmətinin İctimaiyyətlə əlaqələr idarəsindən verilən xəbərə görə, geri qəbul prosesi Nazirlər Kabineti yanında Operativ Qərargahın pandemiya ilə əlaqədar müəyyən etdiyi qaydalar çərçivəsində həyata keçirilib.

Qeyd edək ki, fəaliyyəti Dövlət Miqrasiya Xidməti tərəfindən əlaqələndirilən Reinteqrasiya üzrə İşçi Qrupu readmissiya olunan Azərbaycan Respublikası vətəndaşlarının yerli cəmiyyətə reinteqrasiyası və üzləşə biləcəkləri mümkün çətinliklərin həlli istiqamətində müvafiq tədbirlər həyata keçirir.

Oxşar xəbərlər

Vasif Talıbovun oğlu vəzifəsindən UZAQLAŞDIRILDI

redaktor

Məktəb direktorunun səs yazısı yayıldı: “Hamı bir nəfər kimi 50 manat gətirsin” – YENİLƏNİB + AUDİO

admin

Səlim Müslümovun məhkəməsində Zeynəb Xanlarovanın qohumu dindirilib

redaktor