7 C
Bakı
26 Dekabr 2025 20:39
Dünya

Ukraynalı hərbçilərdən inanılmaz addım: Türkiyədə etiraz yaratdı – Foto

Rusiya ilə müharibə vəziyyətində olan Ukrayna hərbçiləri Türkiyədə etiraz yaradan addım atıblar.

Ukrayna sıralarında döyüşən ukraynalı və beynəlxalq anarxist təşkilatların yaratdığı “Ukrayna Müqavimət Komitəsi” adlanan qruplaşma Türkiyə Silahlı Qüvvələrinin (TSK) bir müddət əvvəl Şimali Suriyada “Pəncə-Qılınc” əməliyyatı ilə zərbə vurduğu YPG/PKK terrorçularına dəstək mesajı verib.

 

 

Əvvəllər YPG terror təşkilatının tərkibində olan amerikalı, qərbli və ukraynalı muzdlulardan ibarət “Ukrayna Müqavimət Komitəsi” rusdilli Teleqram kanalında foto paylaşıb.

İki əsgərin tutduqları pankartda belə yazılıb: “Xalqlara güc, imperiyalara ölüm. Yaşasın Rojava müqaviməti”.

Pankartı qaldıran hərbçilər Ukrayna formasında olublar.  (Teleqraf.com)

Tacxeber.com

Oxşar xəbərlər

Daşaltı necə azad olunub? – Tehran Mənsimov AÇIQLADI

redaktor

Azərbaycanda ZƏLZƏLƏ ilə bağlı SON DƏQİQƏ açıqlaması

redaktor

81 yaşlı qadın Trampı təcavüzdə ittiham etdi: Təyyarədə…

redaktor