Dünya

Sabah Azərbaycana QAR YAĞACAQ

Sabah Azərbaycana QAR YAĞACAQ

Dekabrın 1-də gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında arabir yağış yağacağı gözlənilir.

Yarımadanın bəzi yerlərində intensivləşəcəyi ehtimalı var. Axşam tədricən kəsiləcək. Şimal-şərq küləyi əsəcək. Havanın temperaturu gecə və gündüz 7-9 dərəcə isti olacaq. Bakıda gecə və gündüz 7-9 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağış, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Axşam əksər rayonlarda tədricən kəsiləcək. Gecə və səhər saatlarında duman olacaq. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 4-7 dərəcə isti, gündüz 8-11 dərəcə isti, dağlarda gecə 3-7 dərəcə şaxta, gündüz 0-3 dərəcə şaxta olacaq.

Oxşar xəbərlər

Əfqanıstanda yerli istehsal olan avtomobilin təqdimatı keçirilib – VİDEO

admin

Paşinyan Azərbaycana qarşı çıxan məşhur ermənini tutdurmaq istəyir

redaktor

“Pəhriz üçün 130 dollar ödədim, sən demə menyunu “ChatGPT” yazıbmış” – FOTO

redaktor