25.3 C
Bakı
13 İyun 2026 14:15
Dünya

Deputat canlı yayımdakı hərəkətinə görə cərimə olundu – Video

Deputat canlı yayımdakı hərəkətinə görə cərimə olundu - Video

Qazaxıstan parlamentinin deputatı Erlan Sairov canlı yayımda yerə tüpürdüyünə görə cərimə olunub.

Tacxeber.comxəbər verir ki, bu barədə məlumatı “Tengrinews.kz” yayıb.

Məlumata görə, hadisə “Xabar-24” telekanalının canlı yayımı zamanı baş verib. Sairov efirə öz mobil telefonundan qoşulub. Küçədə hərəkət edərək aparıcının suallarına cavab verən deputat gözlənilmədən yerə tüpürüb.

Hadisənin görüntülərini nəzərdən keçirən ölkə polisi deputatı ictimai ərazini çirkləndirdiyinə görə cərimə edib. Bununla belə, cərimənin məbləği açıqlanmayıb.

Deputat isə, öz növbəsində, yol verdiyi hərəkətə görə üzr istəməyə hazır olduğunu bildirib.

Oxşar xəbərlər

İşdən çıxarılan nazir Sunakı xəyanətdə ittiham etdi

redaktor

Paşinyanın arvadı ölmüş əsgərin xatirəsinə açılan qonaq evində rəqs etdi – Foto

redaktor

“Vaqner” muzdluları ilə döyüşdə 15 rusiyalı hərbçi ölüb”

redaktor