18 C
Bakı
01 Aprel 2026 16:05
Dünya

Deputat canlı yayımdakı hərəkətinə görə cərimə olundu – Video

Deputat canlı yayımdakı hərəkətinə görə cərimə olundu - Video

Qazaxıstan parlamentinin deputatı Erlan Sairov canlı yayımda yerə tüpürdüyünə görə cərimə olunub.

Tacxeber.comxəbər verir ki, bu barədə məlumatı “Tengrinews.kz” yayıb.

Məlumata görə, hadisə “Xabar-24” telekanalının canlı yayımı zamanı baş verib. Sairov efirə öz mobil telefonundan qoşulub. Küçədə hərəkət edərək aparıcının suallarına cavab verən deputat gözlənilmədən yerə tüpürüb.

Hadisənin görüntülərini nəzərdən keçirən ölkə polisi deputatı ictimai ərazini çirkləndirdiyinə görə cərimə edib. Bununla belə, cərimənin məbləği açıqlanmayıb.

Deputat isə, öz növbəsində, yol verdiyi hərəkətə görə üzr istəməyə hazır olduğunu bildirib.

Oxşar xəbərlər

Prezident bu hərbi qulluqçuları təltif etdi – Siyahı

redaktor

İsveç Trampın Ukraynanı silahlandırmaq planına qoşulub

redaktor

Dünyanın diqqəti cəlb edən SENSASİYON DEBATDA Putin 12 dəfə, Rusiya isə 11 dəfə xatırlandı.

admin