Dünya

ABŞ-la Azərbaycan arasında təhlükəsizlik sahəsində əməkdaşlıq müzakirə edilib

ABŞ-la Azərbaycan arasında təhlükəsizlik sahəsində əməkdaşlıq müzakirə edilib

ABŞ-la Azərbaycan arasında təhlükəsizlik sahəsində gələcək əməkdaşlıq müzakirə edilib.

Tacxeber.com xəbər verir ki, bu barədə ABŞ Milli Qvardiyasının komandanı general Daniel Hokanson Azərbaycan müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyevlə görüşündən sonra tviter hesabında yazıb.

Görüşdə Azərbaycanla təhlükəsizlik sahəsində tərəfdaşlığın 20-ci ildönümü alqışlanıb. “Biz bu güclü, qarşılıqlı faydalı təhlükəsizlik əlaqələrinin yüksək dəyərini bir daha təsdiqlədik və gələcək əməkdaşlıq sahələrini müzakirə etdik”, – ABŞ Milli Qvardiyasının komandanı sosial şəbəkə hesabında qeyd edib.

Görüşdə Azərbaycanın ABŞ-dakı fövqəladə və səlahiyyətli səfiri Xəzər İbrahim də iştirak edib.

Oxşar xəbərlər

ABŞ Nümayəndələr Palatası Müdafiə Naziri Pit Heqsetin impiçmentinə dair qərar qəbul etmədi

redaktor

Yeni yalta yalta olacaq…?

redaktor

Demokratların qələbəsi ABŞ-a nə vəd edir?

redaktor