Dünya

Yeni ildə əfv olacaq? – Açıqlama

Azərbaycanda əlamətdar günlərdə, xüsusən Yeni il ərəfəsində əfv sərəncamı imzalanır.

Bəs bu il də əfv sərəncamı gözlənilirmi?

Tacxeber.com xəbər verir ki, Əfv Komissiyasının üzvü Əliməmməd Nuriyev Oxu.az-a açıqlamasında bu dəfə Yeni il ərəfəsində əfv sərəncamının gözlənilmədiyini bildirib:

“Bu il Novruz bayramı ərəfəsində əfv sərəncamı olub. Eyni zamanda Milli Məclisin 2021-ci il noyabrın 5-də keçirilən iclasında 8 noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında qərar qəbul edilib. Amnistiya Aktı Prezident İlham Əliyevin təşəbbüsü ilə qəbul olunub və elan olunan Amnistiya Aktının icrası bu il mart ayının 5-də başa çatıb. Bu səbəbdən praktikaya dayanaraq, növbəti əfv sərəncamının olacağı güman edilmir”.

Tacxeber.com

Oxşar xəbərlər

Dumanlı NATO, yoxsa “qərarlıların koalisiyası”?

admin

Kremlin “Gümrü planı” əfsanəsi

admin

Avropa Parlamentinin deputatları siyasi məhbus problemi həll edilməyənə qədər Avropa İttifaqını Azərbaycanla qaz razılaşmasını dayandırmağa çağırdı.

admin