Dünya

Qızılın qiyməti artdı

Qızılın qiyməti artdı

Dünya bazarlarında qızıl bahalaşıb.

Tacxeber.combirjalara istinadən xəbər verir ki, Nyu-Yorkun “Comex” birjasında qızılın dekabr fyuçersləri 0,71 % və ya 12,35 ABŞ dolları bahalaşaraq 1 unsiyası 1 752,65 ABŞ dollara satılıb. Gümüşün dekabr fyuçerslərinin qiyməti isə 2,01 % artaraq 1 unsiyası 21,335ABŞ dolları təşkil edib.

Bazarlar ABŞ iqtisadiyyatı ilə bağlı statistikanın açıqlanmasını gözləyir.

ABŞ valyutasının zəifləməsi qiymətli metalın qiymətinə müsbət təsir göstərir. Belə ki, dolların indeksi (ABŞ-ın ticarət tərəfdaşları olan altı ölkənin valyuta səbətinə nisbətdə məzənnəsi) 0,5 % düşərək 106,15 bənd təşkil edib. ABŞ valyutasının ucuzlaşması qızılı digər valyutalarda alış üçün əlverişli edir.

Tacxeber.com

Oxşar xəbərlər

Kikabidze konsertdən yığılan pulu Ukrayna üçün xərclədi

redaktor

Trampın adamları Zelenskinin rəqiblərinə yol axtarır

redaktor

Ukrayna ordusu Rusiyanın neft bazasını vurub

redaktor