26 C
Bakı
11 Avqust 2025 03:13
İdman

Polşadan Qurban Qurbanovun yanına gəliblər ki…

Polşanın 3-cü liqa klubu “Veçista”nın baş məşqçisi Dariuş Marzek və onun köməkçisi Yanuş Svierad “Qarabağ”da təcrübə keçmək üçün Bakıya gəlib.

Tacxeber.com xəbər verir ki, hər iki mütəxəssis bir həftə Ağdam təmsilçisinin düşərgəsində təcrübə keçəcək.

Marzek 2019/2020 mövsümündə “Stal”da işlədiyi zaman belə təşəbbüsünün olduğunu deyib:

“Biz bu klubla əlaqəsi olan Avropa Parlamentinin deputatı Tomaş Poreba ilə belə bir təcrübə keçmək şansının mümkün olması barədə danışdıq. Daim əlaqə saxladığımız üçün bu yaxınlarda yenidən mövzuya qayıtdıq. Buradakı heyət çox yüksək peşəkarlıq səviyyəsində fəaliyyət göstərir. Maraqlıdır ki, komandanın məşq etdiyi baza heç də böyük deyil. Stadion, məşq meydançası, hər şəraiti olan otel onların ehtiyaclarını tam ödəyir. Onlarda iş üçün lazım olan hər şey mövcuddur. “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovun köməkçiləri Avropanın bir çox tanınmış klublarında təcrübə keçir, müasir futbolun nə olduğunu bilirlər. Bu səfər bizim üçün fərqli təcrübədir. Çünki başqa ölkədə, fərqli şəraitdə işləməyin necə olduğunu görmək həmişə xoşdur”.

Marzek və Svierad Azərbaycan Premyer Liqasının 15-ci turunda keçirilən “Qarabağ” – “Zirə” (0:0) matçını da izləyiblər.

Tacxeber.com

Oxşar xəbərlər

Karaman Şahruddinin səhvindən və onu əvəzləməsindən danışdı

admin

“Futbolçular qəbuledilməz səhvlərə yol verdilər” – Qurban Qurbanov

redaktor

Messinin Bakıda imzaladığı köynək və papaq şok qiymətə satılır – Fotolar

redaktor