Dünya

Pakistanlılar saxlanıldı – Azərbaycandan Rusiyaya keçərkən

Noyabr ayının 26-da saat 15:00-da Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunlarının “Xudat” sərhəd dəstəsinin Xaçmaz rayonunun Samurçay kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində Azərbaycandan Rusiya istiqamətində dövlət sərhədini pozmağa cəhd göstərən 3 nəfər Pakistan İslam Respublikası vətəndaşları saxlanılıb.

Bu barədə məlumat DSX-nin Mətbuat Mərkəzindən verilib.

Araşdırma zamanı saxlanılan şəxslərin rəsmi qaydada ölkə ərazisinə gəlmələri, daha sonra dövlət sərhədini pozaraq Azərbaycandan Rusiya istiqamətinə, oradan isə Avropa ölkələrindən birinə miqrasiya etmək niyyətində olduqları müəyyən edilib.

Fakt üzrə qeyri-leqal miqrasiya kanalının aşkarlanaraq zərərsizləşdirilməsi istiqamətində əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Tacxeber.com

Oxşar xəbərlər

Vuçiç: Küçə bandaları üzündən bərbərlər də çörəksiz qaldı, Serbiyada qaydanı bərpa edəcəyəm

redaktor

Britaniya yeni taktiki nüvə başlıqlarını daşıyan təyyarələr hazırlayacaq – Trampın siyasəti Avropanı silkələyir

admin

Rus ordusuna şok zərbə – Ağır döyüşlər gedir

admin