Hadisə

Türkiyədə GÜCLÜ YANĞIN: partlayışlar baş verir – VİDEO

Türkiyənin Dənizli vilayətinin Pamukkale şəhərində yerləşən kimya zavodunda güclü yanğın baş verib.

Bu barədə Tacxeber.com“CNN Türk”ə istinadla xəbər verir .

“Saat 12:30 radələrində Dənizli-Afyonkarahisar avtomobil yolunun 100 metrliyində yerləşən kimya zavodunda yanğın baş verib. Yanğın yerində vaxtaşırı partlayışlar baş verib”, – məlumatda deyilir.

Şirkətin əməkdaşlarının təxliyə edildiyi qeyd edilir. İlkin məlumata görə, xəsarət alan yoxdur.

Hadisə yerinə çoxlu yanğınsöndürmə briqadaları göndərilib. Onlar alovun yayılmasının qarşısını almağa çalışırlar.

Hazırda yanğının səbəbi məlum deyil.

Oxşar xəbərlər

Veysəloğlu” şirkəti kimindir: Aydın, yoxsa Vasif Talıbovun..?

admin

Göldə uşağı və anasını xilas edən polis həlak oldu

admin

DİN: “Gədəbəydə qadınlardan birinə gözyaşardıcı qaz tətbiq edilməsi faktı üzrə xidməti yoxlama aparılır”

redaktor