Cəmiyyət

Narkotik satışı ilə bağlı 80 əcnəbi saxlanılıb

Narkotik satışı ilə bağlı 80 əcnəbi saxlanılıb

Bu il Azərbaycanda qanunsuz narkotik satışı ilə bağlı 80 əcnəbi saxlanılıb.

Tacxeber.com xəbər verir ki, bu barədə rəqəmlər Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının 2022-ci ilin yanvar-oktyabar aylarının yekununa dair məlumatda öz əksini tapıb.

Məsuliyyətə cəlb edilmiş 80 xarici ölkə vətəndaşından 37-si İran İslam Respublikası, 9-u Gürcüstan, 11-i Türkiyə, 2-si Türkmənistan, 1-i Qırğızıstan, 1-i Pakistan, 2-si Ukrayna, 1-i Maldiv və 16-sı Rusiya vətəndaşı olmuşdur. Xarici ölkə vətəndaşlarından ümumilikdə 1 ton 039 kq 711,593 qr və 4178 həb müxtəlif növ narkotik vasitə və psixotrop maddə, habelə 16759 ədəd narkotik tərkibli çətənə bitkisi götürülüb.

Tacxeber.com

Oxşar xəbərlər

Qubada uşaq bağçasını ilanlar ələ keçirdi – FOTO/VİDEO

redaktor

“Toplum TV” işi üzrə saxlanılanlar həbs edildi

redaktor

Zəlidən ölüm – İnanılmaz iddia doğrudur? – “Həkim də bilmir ki, zəli nədir”

redaktor