24 C
Bakı
22 İyun 2025 10:41
Dünya

Kadırov video yaydı: Rusiyalı hərbçilər Xersonda ukraynalıları…

Çeçenistan Respublikasının rəhbəri Ramzan Kadırov öz “Telegram-kanal”ında Ukrayna Silahlı Qüvvələrinin döyüşçülərinin axtarışını əks etdirən kadrları nümayiş etdirib.

Tacxeber.com xəbər verir ki, kadrlarda hərbçilərin evləri necə yoxladığı və yerli sakinləri necə sorğu-suala tutduqları əks olunub. Axtarış fəaliyyətləri əsnasında ələ keçirilən silahlar da nümayiş olunub.

Kadırov bildirib ki, diversantların axtarışı ilə Rusiya Qvardiyasının Qroznı birləşməsinin “Cənub” batalyonunun döyüşçülərinin iştirakı ilə “Şimal” alayının və “Axmat” xüsusi təyinatlılarının hərbçiləri məşğuldurlar. Əməliyyat Xerson vilayətinin Kaxovka şəhərindən Zaporojye vilayətinin Enerqodar şəhərinədək – ümumi uzunluğu 150 kilometr olan ərazidə aparılır.

Çeçenistan rəhbəri bildirib ki, rus hərbçiləri silahların olduğu bir neçə anbar da tapıblar. “Söhbət cinayətkarların pulemyotlar, birdəfəlik qumbaraatanlar, avtomatlar, qumbaraatanlar üçün nişangahlar və daha çox şey gizlətdiyi onlarla anbara gedir”, – deyə o qeyd edib.

Oxşar xəbərlər

Zaxarova: “Rusiya Fransadan üzrxahlıq tələb edir”

redaktor

Makron İlham Əliyevə zəng etdi

admin

Şəkər tozu xeyli ucuzlaşdı – Bu ölkənin sayəsində

redaktor