Dünya

İsveçrə Ermənistana yardım ayırdı

İsveçrə Ermənistandakı sərhəd icmalarına yardım məqsədilə təxminən 1 milyon dollar ayıracaq.

Tacxeber.com xəbər verir ki, bu barədə Ermənistan mediası məlumat yayıb.

Qeyd edilir ki, İsveçrə İnkişaf və Əməkdaşlıq Agentliyi İrəvanda BMT-nin Ümumdünya Ərzaq Proqramı ilə saziş imzalayıb. Bu müqaviləyə əsasən, İsveçrə Ermənistan sərhəd icmalarına yardım üçün BMT Proqramına 960 min İsveçrə frankı (1 milyon dollar) ayıracaq.

İş Ermənistanın Əmək və Sosial İşlər Nazirliyi ilə əməkdaşlıq çərçivəsində aparılacaq.

İsveçrə agentliyinin Cənubi Qafqaz üzrə regional direktoru Verner Tut qeyd edib ki, onların məqsədi humanitar yardımdır.

“Bu, ailələrə sosial dəstək, biznes imkanlarının inkişafını nəzərdə tutur. İqtisadiyyatı bərpa etmək istəyən fermerlərə də dəstək veriləcək”, – Tut bildirib.

Tacxeber.com

Oxşar xəbərlər

“Əliyev, Paşinyan, Ərdoğan birlikdədir – Putinin vasitəçilik xidmətlərinə ehtiyac yoxdur” – Dmitri Gordon

redaktor

Tbilisidə vəziyyət GƏRGİNDİR: Seçkilərin yenidən keçirilməsi tələb olunur – FOTO/VİDEO

redaktor

Zakir Həsənovla Hulusi Akar arasında telefon danışığı olub – Müdafiə Nazirliyinin məlumatı

redaktor