12 C
Bakı
28 Mart 2026 15:21
Dünya

Ərdoğan Taha ilə görüşdü: Kipr və Kəşmirdən danışdı

İstanbulda keçirilən İƏT-in İqtisadi və Ticari Əməkdaşlıq üzrə Daimi Komitəsinin (COMCEC) iclası çərçivəsində İƏT Baş katibi Hissein Brahim Taha ilə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında görüş olub.

 Tacxeber.com xəbər verir ki, Türkiyə Prezidenti təşkilatın iqtisadi və ticari əməkdaşlıq sahəsində fəaliyyət göstərən qurumlarının səylərini yüksək qiymətləndirib. Üzv dövlətlər arasında ticarət mübadiləsini daha da inkişaf etdirmək üçün mühüm rol oynayacaq Ticarət Preferensial Sisteminin (TPS-OIC) fəaliyyətə başlamasını alqışlayıb. Görüşdə, həmçinin Fələstin problemi, Kipr türkləri, rohincalar, uyğurlar, Kəşmirlə bağlı məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.

Rəcəb Tayyib Ərdoğan təşkilatın, onun orqan və institutlarının potensialının və rolunun artırılması üçün İƏT-ə üzv dövlətlərin davamlı səylərinin zəruriliyini vurğulayıb.

Tacxeber.com

Oxşar xəbərlər

Putini şoka salmaq vaxtıdır, yoxsa qalib gələcək – Conson

redaktor

Zelenski: Ukraynanın NATO əsgərlərinə ehtiyacı yoxdur, sadəcə silah və texnologiya verin

redaktor

Tramp, yoxsa Harris? – Hansı ölkə KİMİ İSTƏYİR?

redaktor