24 C
Bakı
23 İyun 2025 18:44
DünyaGündəm

Qırğız deputat Qazaxıstan sərhədində itkin düşdü

Qırğızıstan parlamentinin deputatı Emil Jamqırçıyev Dövlət Milli Təhlükəsizlik Komitəsinin əməkdaşları tərəfindən Qazaxıstan sərhədində saxlanılıb. Başqa bir deputat Çingiz Aydarbekov isə itkin düşüb.

Tacxeber.com xəbər verir ki, bu barədə Qırğızıstan parlamentinin deputatı Elvira Surabaldiyeva Tvitter səhifəsində məlumat yayıb.

Onun sözlərinə görə, hər iki deputat dəfn mərasiminə yollanıblar. Qazaxıstanla sərhəddəki “Ak Jol” sərhəd buraxılış mənqəqəsində məlum olub ki, Jamqırçıyevin ölkədən çıxışına qadağa var. Surabaldiyeva bildirib ki, deputat Dövlət Milli Təhlükəsizlik Komitəsinin əməkdaşları tərəfindən saxlanıldıqdan bir müddət sonra buraxılıb:

“Amma Aydarbekov heç yerdə yoxdur, onu tapa bilmirik. Dünəndən əlaqə saxlamır. Dövlət Milli Təhlükəsizlik Komitəsi isə susur”.

Qeyd edək ki, Çingiz Aydarbekov Qırğızıstan-Özbəkistan sərhədi haqqında saziş layihəsi üzrə parlament komitəsinin qərarını imzalamaqdan imtina etmişdi.

Tacxeber.com

Oxşar xəbərlər

ABŞ Vrangel adasını Rusiyadan almağa çağırdı

redaktor

Elşad Miri hər kəsi ŞOKA SALDI: İslamda Məhərrəmlik ayı YOXDUR

redaktor

İran parlamentində qapalı iclas: Kəşfiyyat qurumları sui-qəsdlə bağlı hesabat verəcək

redaktor