23 C
Bakı
24 İyun 2025 12:13
CəmiyyətGündəm

Atası ilə eyni gündə dəfn olunan şəhidin övladı dünyaya gəldi

Sentyabrın 12-dən 13-ə keçən gecə düşmən təxribatı nəticəsində snayperlə vurularaq şəhid olan Vadim Qocayevin dünən övladı dünyaya gəlib.

Tacxeber.com xəbər verir ki, dünyaya göz açan şəhid balasına Zeyd adı verilib.

Qeyd edək ki, 1997-ci il təvəllüdlü şəhidimiz Qobustanın Sündü kəndindən idi. Bir qardaşı DSX-də xidmət edir, digəri isə əsgərdir.

Xatırladaq ki, hərbi qulluqçumuzun atası Alik Qocayev oğlunun nəşini gətirmək üçün Gəncəyə yollanan zaman infarkt keçirib və çatdırıldığı hospitalda dünyasını dəyişib.

 

Oxşar xəbərlər

“Biri var, Tamaradı, Kəmalədi…Dilənçi kimi kişidən pulları bir-bir alır”

redaktor

İran Ermənistanı silahlandırmaqla səhv edir

redaktor

“Bizim oyunlarda olan hakim qərarları göz qabağındadır” – Rəşad Sadıqov

admin