11 C
Bakı
30 Mart 2026 03:11
Dünya

Almaniya Ukraynaya əlavə hərbi texnika göndərib

Almaniya Ukraynaya əlavə hərbi texnika göndərib

Almaniya Ukraynaya 10 ədəd M1070 Oşkoş tank qoşqusu və Sərhəd Xidmətinin mühafizə olunan 53 avtomobilini təhvil verib.

Tacxeber.com “RBC-Ukraina”ya istinadən xəbər verir ki, bu barədə Almaniya hökuməti məlumat yayıb.

Bundan əlavə, Ukraynaya göndərilmək üçün daha 14 uzaqdan idarə olunan tırtıllı avtomobil hazırlanır.

Qeyd edək ki, avadanlıqların çatdırılma şərtləri və üsulları açıqlanmır.

Xatırladaq ki, daha əvvəl Almaniya Ukraynaya generatorlar, akkumulyatorlar və qızdırıcılar da daxil olmaqla yeni yardım elan edib.

Bundan əlavə, Almaniya Ukrayna ərzaq məhsullarının Afrika ölkələrinə çatdırılmasını təmin etmək üçün nəzərdə tutulan “Ukraynadan taxıl” təşəbbüsünə daha 15 milyon avro ayıracaq.

Tacxeber.com

Oxşar xəbərlər

Qırğızıstanlı uşağın beynindən saç çıxdı – FOTO

redaktor

Trampdan fərqli olaraq, Avropa Rusiyayla iqtisadi əlaqələri bərpa etmək niyyətində deyil.

admin

Bakı ilə sülh olmalıdır, başqa təklif eşitmək istəmirəm!

redaktor