Dünya

Verilişə çıxıb dostunu öldürən adamı axtarırdı, qatil özü çıxdı

Məşhur türkiyəli aparıcı Müge Anlının verilişində şok anlar yaşanıb.

Tacxeber.com Musavat.com-a istinadla xəbər verir ki, canlı efirə çıxıb dostunun qatilinin tapılmasını istəyən şəxs barədə açıqlanan detallar hər kəsi heyrətləndirib.

Belə ki, dostunun öldürüldüyünü bildirən və qatilin tapılmasını tələb edən Ersin Koç polis tərəfindən şübhəli şəxs kimi saxlanılıb. Məlum olub ki, Erdal Sakız adlı şəxsi elə dostu Ersin Koç öldürübmüş. Qətli törətdiyini etiraf edən Ersin Koç tutularaq həbsxanaya göndərilib.

Qeyd edək ki, Noyabrın 9-da Karasu vilayətinin Kurudere məhəlləsindəki evindən çıxan Erdal Sakızdan 10 gündür xəbər alınmayıb. O, noyabrın 19-da Hendek rayonunda öz avtomobilində ölü tapılıb. Mövzu ilə bağlı genişmiqyaslı araşdırmalara başlayan jandarma qrupları tərəfindən Erdal Sakızın tüfənglə vurularaq öldürüldüyü müəyyən edilib.

Tacxeber.com

Oxşar xəbərlər

Ərdoğan Makronu alçaltdı, ona heç kim hörmət etmir: Fransa bu kadrlardan danışır – VİDEO

redaktor

ABŞ Ukraynaya böyük məbləğdə yardım edəcək

redaktor

“Sakit Göl”də hovuzların vəziyyəti bərbad durumdadır- Turistlərdən narazılıq

redaktor