Dünya

Ukraynalı kimsəsiz uşaqlar Türkiyəyə gətirildi

Ukraynada müharibə nəticəsində valideyn himayəsindən məhrum olmuş 34 uşaq Türkiyeyə göndərilib.

Tacxeber.com xəbər verir ki, bu barədə Ukraynanın birinci xanımı Yelena Zelenskaya tviterdə yazıb.

Onun sözlərinə görə, Türkiyənin birinci xanımı Əminə Ərdoğanla İstanbulda əldə olunan razılığa əsasən Odessadakı “Soneçko” uşaq evindəki uşaqların bir qismi Türkiyəyə təxliyə edilib.

Yelana Zelenskaya deyib ki, uşaqların təhlükəsizliyi əsas prioritetdir:

“Ən kiçik yaşlı uşaq Saşkodur. O, on aylıqdır. Uşaqların rahatlığı, reabilitasiyası təmin olunub”.

Y.Zelenskaya həmçinin vurğulayıb ki, bu, iki ölkənin liderinin həyat yoldaşlarının əməkdaşlığının nəticələrinin vacib göstəricisidir.

Ukraynanın birinci xanımı bu məsələdə xidməti olan hər kəsə təşəkkür edib.

Tacxeber.com

Oxşar xəbərlər

“Artan qiymətlər şəhid və qazi ailələrinin büdcəsinə zərbədir” – Sevinc Orucova

redaktor

Prezident və xanımı Özbəkistana getdi

redaktor

Kraliçanın dəfninə görə 100-dən çox aviareys təxirə salındı

redaktor