2 C
Bakı
11 Fevral 2026 13:53
Sağlamlıq

Sumax, sarıkök və zəncəfili qarışdırsaq, nə olar?

Artıq dekabra sayılı günlər qalıb. Payızın son ayını yaşayırıq.

Hava tez-tez dəyişir. Belə halda insanın adaptasiya prinsipi zədələnir və immun sistemi zəifləyir.

Xüsusilə yuxarı tənəffüs yolları xəstəlikləri artır, fərqli virus ştamları ilə qarşılaşırıq. Bu viruslar müxtəlif əlamətlərlə üzə çıxır.

Həmin əlamətləri özümüzdə hiss etdiyimiz ilk günlərdə nələr etmək olar?

Tacxeber.comxəbər verir ki, həkim-fitoterapevt, apiterapevt, bitkilər üzrə elmi işçi Elnur Eldaroğlu getdiyi verilişlərdə bu barədə danışıb.

O, müxtəlif ədviyyatlardan istifadə etməyi və müalicə yox, profilaktik tədbirlər görməyi, immun sistemini gücləndirmək üçün sumax, sarıkök və zəncəfildən istifadəni tövsiyə edib.

Həkim bu üç ədviyyatdan ibarət rahat resepti açıqlayıb.

Onun sözlərinə görə, hərəsindən bir çimdik götürüb 50 ml qaynar suda 10 dəqiqə dəmlədikdən sonra içmək məsləhətdir.

Bu qarışım halsızlığı, yorğunluğu aradan qaldırır, iştahanı yaxşılaşdırır.

Tacxeber.com

Oxşar xəbərlər

Bu maddə infarkt riskini artırır: saqqız və diş pastasında da var

redaktor

Kişilər üçün təraş köpüklərinin təhlükələri açıqlanıb

redaktor

Türklər bu çərəzə “ağ qızıl” deyir – Çayla içilən vitamin deposu

redaktor