11 C
Bakı
30 Mart 2026 03:31
Hadisə

Qeyri-qanuni erməni silahlılarının Qarabağda kəşfiyyat aparan kvadrokopteri ələ keçirilib – FOTO

Qeyri-qanuni erməni silahlı dəstələrinə məxsus kvadrokopter ələ keçirilib.

Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildikləri Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinə məxsus kvadrokopter noyabrın 26-sı saat 11:28-də Xocalı rayonunun Şuşakənd yaşayış məntəqəsi, 11:46-da isə Ağdam rayonunun Yeddi Xırman yüksəkliyi ətrafında bölmələrimizin mövqeləri üzərində kəşfiyyat məqsədli uçuşlar həyata keçirməyə cəhd göstərib.

Bölmələrimizin sayıqlığı nəticəsində aşkar edilən kvadrokopter xüsusi üsulla endirilərək ələ keçirilib.

 

Tacxeber.com

Oxşar xəbərlər

Ərindən boşanmaq istəyən 24 yaşlı qadın gecə yatarkən öldürülüb – VİDEO

redaktor

İntihar edən rəqqas Talıbın dostu imiş – FOTO

redaktor

Şeytan onu yoldan çıxardı, sözünün ağası olmayan bir populistə qoşuldu, imicinə də zərər vurdu, biznesinə də…

admin