14 C
Bakı
27 Sentyabr 2025 13:08
Kriminal

“Prokuroram” deyib, dələduzluq etdi: 500 manata işə düzəldirmiş

 

“Prokuroram” deyib, dələduzluq etdi: 500 manata işə düzəldirmiş

“Prokuroram” deyib, dələduzluq etdi:

Bakıda özünü prokuror kimi təqdim edən şəxs dələduzluq edib.

TacxeberLent.az-a istinadla xəbər verir ki, Axundov Sənan Fuad oğlu dələduzluqda ittiham olunur. Onun barəsində Cinayət Məcəlləsinin 310-cu (Vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmə) maddəsilə ittiham elan olunub.

İttihama əsasən, S.Axundov özünü Baş Prokurorluğun əməkdaşı kimi təqdim edib. Zərərçəkmişi həbsxanalardan birinə nəzarətçi düzəltməyə inandırıb. Həmin şəxsdən isə işə düzəltmək qarşılığında deyil, özünün məişət problemləri üçün 500 manat pul alıb.

Həmçinin məlumata görə, Sənan Axundovun psixoloji problemləri var imiş və hadisəni törədərkən anlaqsız olduğunu etiraf edib.

Cinayət işinin istintaqı Binəqədi Rayon Məhkəməsində araşdırılacaq.

Tacxeber.com

Oxşar xəbərlər

Bu gün Ramiz Mehdiyevin kürəkənin məhkəməsidir: Proses süni şəkildə uzadılır? – Sensasion detallar

redaktor

Avtomobil təmiri sexində meyiti tapılan məktəblinin – FOTOSU

redaktor

Ağadadaş Ağayevin cinayət işi üzrə hakim təyin edildi

redaktor