15 C
Bakı
29 Mart 2026 14:21
Dünya

Mövqelərimiz atəşə tutuldu

Kəlbəcər, Daşkəsən və Ağdam istiqamətində mövqelərimiz atəşə tutulub.

Bu barədə məlumat Müdafiə Nazirliyindən bildirilib.

Məlumata görə, noyabrın 25-i saat 17:30-dan 22:32-dək Ermənistan silahlı qüvvələrinin bölmələri İstisu və Basarkeçər rayonunun Yuxarı Şorca, Günəşli yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən Ordumuzun Kəlbəcər rayonunun İstisu, Yellicə və Daşkəsən rayonunun Astaf yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərini müxtəlif çaplı atıcı silahlardan fasilələrlə atəşə tutub.

Bundan başqa, saat 14:05-dən 20:35-dək Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstəsinin üzvləri tərəfindən Azərbaycan Ordusunun Ağdam rayonu istiqamətində yerləşən mövqeləri də fasilələrlə atəşə tutulub.

Ordumuzun bölmələri tərəfindən qeyd olunan istiqamətlərdə adekvat cavab tədbirləri görülüb.

Tacxeber.com

Oxşar xəbərlər

Mehmet Ali Ağca deyib ki, papa II İoann Paveli öldürmək əmrini Kuziçkindən alıb.

admin

Ərdoğan: “Ronaldo Səudiyyə Ərəbistanında oynayacaq”

admin

“Bomj” bir neçə gün başqasının pasportu ilə oliqarx kimi yaşayıb – FOTO

redaktor