15 C
Bakı
29 Mart 2026 16:06
Dünya

Azərbaycanın BMT- də Daimi Nümayəndəliyi yaradıldı

Prezident İlham Əliyev Azərbaycanın BMT-nin Nayrobi şəhərindəki bölməsində Daimi Nümayəndəliyinin təsis edilməsi haqqında” qanunu imzalayıb.

Tacxeber.com xəbər verir ki, bununla da Azərbaycanın BMT-nin Nayrobi şəhərindəki bölməsində Daimi Nümayəndəliyi təsis edilib.

Dövlət başçısı eyni zamanda, Azərbaycan Respublikasının BMT-nin Nayrobi şəhərindəki bölməsində Daimi Nümayəndəliyinin fəaliyyətinin təmin edilməsi haqqında sərəncam imzalayıb.

1.1. Azərbaycan Respublikasının BMT-nin Nayrobi şəhərindəki bölməsində Daimi Nümayəndəliyinin fəaliyyətinin təmin edilməsi ilə bağlı maddi-texniki təchizat və maliyyələşdirilmə məsələlərini həll etsin;

1.2. bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin.

2. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Daimi Nümayəndəliyin strukturunu və ştat cədvəlini təsdiq etsin.

Tacxeber.com

Oxşar xəbərlər

FİFA araşdırma başlatdı – Braziliyanın xalları silinə bilər

admin

Ağdərənin Qozlukörpü ərazisindən görüntülər – VİDEO

redaktor

Türkiyə PUA helikopter hazırlayacaq

redaktor