11 C
Bakı
29 Mart 2026 12:15
Hadisə

Ən böyük müsəlman ölkəsində ölənlərin sayı artdı

İndoneziyanın Qərbi Yava əyalətində baş verən 5,6 bal gücündə zəlzələ nəticəsində həyatını itirənlərin sayı 310-a yüksəlib.

İndoneziya Milli Fəlakət İdarəetmə Agentliyindən verilən açıqlamada Ciranjang şəhərinin 18 kilometr cənub-qərbində baş verən zəlzələ nəticəsində 24 nəfərin itkin düşdüyü də vurğulanıb.

Səlahiyyətlilər zəlzələ nəticəsində həyatını itirənlərin sayının 310-a yüksəldiyini açıqlayıb.

Eyni zamanda, onlarla zərərçəkənin vəziyyətinin ağır olduğu dilə gətirilib.

Zəlzələnin ocağının 10 kilometr dərinlikdə qeydə alındığı bildirilib.

Paytaxt Cakartada bir neçə saniyəlik sarsıntıya səbəb olan zəlzələdən sonra sunami təhlükəsi ilə bağlı xəbərdarlıq edilməyib.

Tacxeber.com

Oxşar xəbərlər

Daha bir jurnalistin ölkədən çıxışına qadağa qoyuldu

admin

Nizami rayonunda daha bir özbaşınalıq: piyada səkisi sökülüb – Fotolar

admin

Aşıq Namiq danışdı: Anam yaşında qadın idi…

redaktor