İdman

Beyl: “İrana uduzmağı həzm etmək çətindir”

 

 

Uels millisinin futbolçusu Qaret Beyl DÇ-2022-ninikinci turunda İrana məğlubiyyəti (0:2) şərh edib.

Tacxeber  “Marca”ya istinadən xəbər verir ki, 33 yaşlı hücumçu deyib:

“Bu məğlubiyyətə görə təəssüf hissi keçirdiyimizi söyləməkdən başqa çıxış yolu yoxdur. Bunu həzm etmək çox çətindir. İkinci hissədə iranlı futbolçular bizdən çox aktiv idilər. Biz irəliləməyə davam etməliyik, başımızı dik tutmalıyıq. Çox çətin olacaq, bilirik, amma sona qədər mübarizə aparmalı və Dünya Kubokundan həzz almalıyıq”.

Qeyd edək ki, İran 3 xalla B qrupunda 2-ci, Uels isə bir xalla sonuncudur. Uelslilər növbəti matçını noyabrın 29-da İngiltərəyə qarşı keçirəcəklər. Oyun Bakı vaxtı ilə saat 23.00-da başlayacaq. (qol.az)

Tacxeber.com

Oxşar xəbərlər

Millətlər Liqasında son tur: Norveçdən möhtəşəm dönüş, Portuqaliya qrup lideri oldu

admin

Türkiyə Fransaya, İspaniya İngiltərəyə qarşı

admin

“Bu nəticə bizim üçün qəbuledilməzdir” – Dambrauskas

admin