Dünya

ABŞ Ukraynaya 80 generator verdi

ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID) kritik infrastrukturun rəvan işləməsini təmin etmək üçün Ukraynaya 80 generator təqdim edib.

Tacxeber.com“RBC-Ukrayna”ya istinadla xəbər verir ki, bu barədə ABŞ-ın Ukraynadakı səfiri Bridcet Brink bildirib.

Səfir Brink qeyd edib ki, Rusiya Ukraynanın elektrik şəbəkəsini məhv etməyə, işığı və ümumilikdə enerji təchizatını kəsməyə çalışdığı bir vaxtda USAID Ukrayna mühüm infrastrukturun işləməsini təmin etmək üçün 80 generator verib.

“Bu yardım ABŞ-ın Rusiyanın Ukraynanın kritik infrastrukturuna qəddar və israrlı hücumlarına cavabının yalnız bir hissəsidir. Biz Ukraynanın yanında olmağa davam edirik”, – səfir vurğulayıb.

Tacxeber.com

Oxşar xəbərlər

Dərbənd Azərbaycandır: Ukraynanın zəfəri ilə Rusiyanın imperiya mifləri dağılıb, parçalanma labüddür.

redaktor

Ermənistan ABŞ üçün kiçik məsələdir – Erməni politoloq

redaktor

Bizim ən böyük düşmənimiz Putin Rusiyasıdır – Berbok

redaktor