31 C
Bakı
13 Avqust 2025 17:53
Dünya

Zurabişvilidən Saakaşvili ilə bağlı mühüm açıqlama

 

Gürcüstanın eks-prezidenti Mixail Saakaşvilinin sağlıq durumu ilə bağlı müvafiq ekspert rəyi olarsa, məhkəmə layiqli qərar verməlidir.

Bu sözləri Gürcüstan Prezidenti Salome Zurabişvili deyib.

“Əgər belə bir nəticə varsa (Saakaşvilinin səhhətinin acınacaqlı durumu ilə bağlı – red.), o zaman o, məhkəməyə təqdim edilməli və məhkəmə layiqli qərar verməlidir”, – Zurabişvili bildirib.

Qeyd edək ki, bundan əvvəl Saakaşvilinin vəkili Şalva Xaçapuridze Zurabişviliyə görüşlə bağlı müraciət ünvanlamışdı. O, səhhətindən dolayı Saakaşvilinin cəzasının təxirə salınmasının vacibliyində israr edir. (axar)

Tacxeber.com

Oxşar xəbərlər

Simferopol hospitalı doludur: Meyitlər “KamAZ”larla daşınır

admin

Azərbaycanda vulkan püskürməsi gözlənilir: vaxtı açıqlandı

redaktor

Neft müəssisəsində PARTLAYIŞ: ölənlərlər var

admin