Siyasət

“Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” qanunda dəyişiklik edilib

Prezident İlham Əliyev “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” qanunda dəyişiklik edilməsi barədə qanunu imzalayıb.

Tacxeber.com xəbər verir ki, sənədə əsasən qanunun 6-cı maddəsinə “Azərbaycan Respublikasının” sözlərindən sonra “dövlət” sözü, “fondlarından” sözündən sonra “, habelə dövlət icbari şəxsi sığorta vəsaiti hesabına” sözləri əlavə edilib.

Belə ki, qanunun hazırda qüvvədə olan 6-cı madəsinə əsasən şəhidlərə və şəhid ailələrinə xərclənən vəsait Azərbaycan Respublikasının büdcəsindən, ayrı-ayrı şəxslərin və müxtəlif təşkilatların, idarə və müəssisələrin, o cümlədən xarici təşkilatların ianələri və digər mənbələr hesabına yaranan yardım fondlarından ödənilir. Bu gündən bu sıraya dövlət icbari şəxsi sığorta vəsaitləri də əlavə edilib.

Tacxeber.com

Oxşar xəbərlər

Kurks hücumu: Kiyev ABŞ-a müraciət etdi – İcazə ver!

admin

Ukraynada rəsmilər nüvə silahlarının bərpası ilə bağlı düşünürlər

admin

Öcalanı Türkiyəyə təslim edən İsrail – SENSASİON YAZI

admin