15 C
Bakı
26 Mart 2026 16:38
Dünya

Rusiyanın əsir düşmüş hərbçiləri geri qaytarıldı

Rusiya və Ukrayna növbəti dəfə əsirlər mübadiləsi həyata keçiriblər.

Tacxeber.com xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

“Noyabrın 24-də danışıqlar prosesi nəticəsində 50 rusiyalı hərbçi Kiyev rejiminin nəzarətində olan ərazidən geri qaytarılıb”, – nazirlik bildirib.
Onların müalicə və reabilitasiya üçün Moskvaya aparılacağı qeyd edilir. Həmçinin azadlığa çıxanların hamısına lazımi tibbi və psixoloji yardım göstəriləcək.

Qeyd edək ki, ötən gün Rusiya Müdafiə Nazirliyi 35 rus hərbçisinin də əsirlikdən geri qaytarıldığını bildirib.

Tacxeber.com

Oxşar xəbərlər

İsrail ordusunun Baş Qərargah rəisi Livana gəldi və orada müşavirə keçirib

admin

“Rusiyalılar Hitleri və Napoleonu məğlub edib” – Tramp

redaktor

İlham Əliyevlə Putinin görüşü başladı

redaktor