GündəmSiyasət

Prezidentin yeni köməkçisi Andrey Sipilin kimdir? – DOSYE

Xəbər verdiyimiz kimi, Andrey Vladimiroviç Sipilin Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Hərbi-texniki təminat məsələləri şöbəsinin müdiri təyin edilib. Bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb. Dövlət başçısının digər sərəncamı ilə Andrey Vladimiroviç Sipilin Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin köməkçisi vəzifəsindən azad edilib.

Tacxeber.comxəbər verir ki, Andrey Sipilin daha əvvəl “PAŞA İnşaat” MMC-də İnsan Resursları və İdarəetmə departamentinin direktoru vəzifəsində çalışıb.

Bundan əvvəl isə – 2004-2006-cı illərdə “McDermott Caspian Contractors Inc” şirkətində müxtəlif vəzifələrdə işləyib. 2001-ci ildə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsində İnformasiya Texnologiyaları şöbəsinin müdiri vəzifəsində çalışıb.

Andrey Sipilin 1995-1999-cu illərdə Heydər Əliyev adına Siyasi Elmlər Akademiyasında, 2000-2002-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetində, 2000-2004-cü illərdə Bakı Dövlət Universitetində təhsil alıb. Bakı Dövlət Universitetini hüquq, Azərbaycan Dövlət İqtisad Universitetini isə biznes idarəetməsi və audit ixtisası üzrə bitirib.

Tacxeber.com

Oxşar xəbərlər

Zelenskinin Qarabağ barədə açıqlamasından sonra Fransada Ukrayna bayrağı endirildi

redaktor

Dünyanın köhnə düzəni dağılır – Yenisi necə olacaq?

admin

Siyavuş Novruzovun rəqsi gündəm oldu – VİDEO

redaktor