11 C
Bakı
27 Mart 2026 18:17
GündəmSiyasət

Prezidentin yeni köməkçisi Andrey Sipilin kimdir? – DOSYE

Xəbər verdiyimiz kimi, Andrey Vladimiroviç Sipilin Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Hərbi-texniki təminat məsələləri şöbəsinin müdiri təyin edilib. Bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb. Dövlət başçısının digər sərəncamı ilə Andrey Vladimiroviç Sipilin Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin köməkçisi vəzifəsindən azad edilib.

Tacxeber.comxəbər verir ki, Andrey Sipilin daha əvvəl “PAŞA İnşaat” MMC-də İnsan Resursları və İdarəetmə departamentinin direktoru vəzifəsində çalışıb.

Bundan əvvəl isə – 2004-2006-cı illərdə “McDermott Caspian Contractors Inc” şirkətində müxtəlif vəzifələrdə işləyib. 2001-ci ildə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsində İnformasiya Texnologiyaları şöbəsinin müdiri vəzifəsində çalışıb.

Andrey Sipilin 1995-1999-cu illərdə Heydər Əliyev adına Siyasi Elmlər Akademiyasında, 2000-2002-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetində, 2000-2004-cü illərdə Bakı Dövlət Universitetində təhsil alıb. Bakı Dövlət Universitetini hüquq, Azərbaycan Dövlət İqtisad Universitetini isə biznes idarəetməsi və audit ixtisası üzrə bitirib.

Tacxeber.com

Oxşar xəbərlər

“ABŞ-ın sülhə nail olması çətindir, çünki Paşinyan…” – İqbal Ağazadə

redaktor

“Rusiya bayrağı altında edilənləri görürsünüz” – Zelenski

redaktor

ABŞ Ukraynanı “xərcləməyə” hazırdır: Ağ Ev Kremllə gizli “bazarlıq masası” qurub.

admin