Dünya

İslamı qəbul edən yəhudi yazıçı vəfat etdi

İslamı qəbul edən yəhudi əsilli ABŞ yazıçısı Şəms Frilander 82 yaşında İstanbulda vəfat edib.

Tacxeber Kult.az-a istinadən xəbər verir ki, uzun müddətdir xərçəng xəstəliyindən əziyyət çəkən yazıçı noyabrın 22-də dünyasını dəyişib.

Yazıçı bu gün islam qaydalarına uyğun olaraq Türkiyənin Konya vilayətində torpağa tapşırılıb.

1940-cı ildə Nyu Yorkda dünyaya gələn yazıçı universiteti bitirdikdən sonra qrafik dizayner kimi fəaliyyətə başlayıb və 1972-ci ildə Bruklin Musiqi Akademiyasına gələn mövləvilərlə tanış olub. Həmin il o, mövləvilərin dəvəti ilə Konyaya gələrək müsəlmanlığı qəbul edib.

Qrafik dizayn, fotoqraf, rəssamlıq, kino və təsəvvüf haqqında kitabların müəllifi olan Fridlander İslam Araşdırmaları İnstitutu tərəfindən 2012-ci ilin ən nüfuzlu 500 müsəlmanından biri seçilib.

 

Tacxeber.com

Oxşar xəbərlər

ABŞ Nümayəndələr Palatası Müdafiə Naziri Pit Heqsetin impiçmentinə dair qərar qəbul etmədi

redaktor

Yeni yalta yalta olacaq…?

redaktor

Demokratların qələbəsi ABŞ-a nə vəd edir?

redaktor