DünyaHadisə

Türkiyədə güclü zəlzələ oldu: 35 yaralı var

Türkiyənin İstanbul şəhəri yaxınlığındakı Mərmərə dənizi bölgəsində 5,9 bal gücündə zəlzələ baş verib.

Tacxeber.com xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.

Təkan yerli vaxtla saat 04:08-də (Bakı vaxtı ilə 05:08) qeydə alınıb. Nəticədə 35 nəfər yaralanıb.

Zəlzələnin episentri Düzce rayonunda, ocağı isə 6,8 km dərinlikdə yerləşib. Zəlzələ Türkiyənin İstanbul və Ankara şəhərləri daxil olmaqla şimal-qərbində hiss olunub.

Tacxeber.com

Oxşar xəbərlər

Türkiyənin Suriya əməliyyatı ilə bağlı ABŞ və Rusiyadan ard-arda açıqlamalar

admin

Moskvaya yenə PUA hücumu edildi – Video

admin

Ukrayna ordusundan ŞOK HƏMLƏ: Rusiyanın elit bölməsi MƏHV EDİLDİ – VİDEO

redaktor