Şou

“Pulum gedir, “sağ ol” deyən də yoxdur” – VİDEO

Əməkdar artist Elnarə Abdullayeva bir də heç vaxt konsert verməyəcəyini açıqlayıb.

Bu haqda sənətçi “Söhbət var” verilişinə qonaq olarkən deyib.

Elnarə konsert üçün xərclənən pulu hədər hesab edib.

“Adama deyərlər ki, ay başı xarab, böyük konsertlər etməkdənsə, iki gündən bir yalançı mahnı yaz, pulunu qazan. Neynirsən, o boyda pulu sənətə xərcləyib başını xarab edirsən? Moskvada verdiyim “Qələbə” konsertinin zülmü hələ də başımdan çıxmayıb. Bəsdir konsertlər verdim. Pulum gedir, amma “sağ ol” deyən də yoxdur. And içmişəm ki, daha konsert verməyəcəm”, – deyə, Abdullayeva qeyd edib.

 

Oxşar xəbərlər

Mətanət İsgəndərlinin oğlu və nəvəsi əlbəyaxa dalaşıb

redaktor

“Gəlsin yarımsaatlıq fonoqramını oxusun və getsin”

admin

“Dombalaq aşırlar, klounluq, bambılılıq, düşüklük edirlər” – Sərt açıqlama

redaktor