3 C
Bakı
11 Fevral 2026 18:38
İdman

Messi məğlubiyyətindən danışdı – “Tələyə düşdük”

Messi məğlubiyyətindən danışdı - “Tələyə düşdük”

Argentina millisinin ulduz futbolçusu Lionel Messi dünya çempionatının qrup mərhələsində Səudiyyə Ərəbistanına 1:2 hesablı məğlubiyyətdən danışıb.

Tacxeber.com xəbər verir ki, o, bunu ağır zərbə adlandırıb:

“Həm azarkeşlər, həm də bizim üçün çətindir. Bu cür başlanğıcı gözləmirdik. Qələbəyə əmin idik. Qalibiyyət bizi müəyyən qədər rahatlaşdıracaqdı. Amma bu cür hadisələr oldu. Rəqibin necə oynadığını yaxşı bilirdik. Lakin biz də çox tələsdik. Erkən qol vurduq, sonra qolumuz ləğv edildi. Şanslarımız var idi. Qərara gəldik ki, daha çox oxşar vəziyyətlər olacaq. Bu məsələdə ciddi yanıldıq. Rəqib yaxşı müdafiə xətti ilə meydana çıxmışdıq.

Onların yüksək müdafiə xətti ilə oynadıqlarını gördük, ona görə də topla daha sürətli davranmağa çalışırdıq. Rəqib də topa sahib olmağı sevən komandadır, üstəlik, hücum etməyi bacarır. Kompakt şəkildə oynayıb bizi ofsayda salırdılar. Biz tələyə düşdük, amma təəccüblü deyildi. Birliyimizi növbəti oyunlarda sübut etməliyik”.

Oxşar xəbərlər

“Yaxşı olardı ki, özü işlədiyi dövrdə millidə nə qədər məvacib alırdı ondan danışsın.” – Rəşad Sadıqov

admin

MMA döyüşçümüz bu gün UFC-də ilk sınağına çıxacaq

redaktor

Qurban Qurbanov: Sabah yaxşı nəticə qazanmaq üçün çox güc sərf etməliyik

redaktor